Limitləri Aş

Sara Blakely ilə Simon Sinekin podcastını dinləyirdim və məncə Sara bir çoxumuza nümunə ola biləcək beyin gücü və özünəinama malikdir. Sara deyir ki, məktəbdə oxuyanda fikirləşdim ki, 16 ildir bizə nə düşünməli olduğumuzu deyirlər amma necə düşünmək oları başa salmırlar.
Sara 1971-ci ildə Floridada doğulub. Ailəsi onun vəkil olmasını istəyir ancaq balı kifayət etmədiyi üçün Florida Universitetində Kommunikasiya oxuyur. Məzun olduqdan sonra Walt Disney World’də çalışır və hətta stand up da edir.
Disneydə qısa bir müddət çalışdıqdan sonra qapı-qapı gəzir və faks aparatları satan bir işə düzəlir. Bu müddət ərzində Sara satışda müvəffəq olduğunu başa düşür və özünü bu sahədə parlatmağa qərar verir. 25 yaşlı Sara satıcı işinə başlayır və satış təlimçisi kimi davam edir.
Bir gün iştirak edəcəyi bir tədbirə hazırlaşanda düşünür ki, paltarlarımın altında görünməyən, mənə rahat və incə görünən, açıq ayaqqabılarla geyilə bilən alt paltarları olsaydı çox yaxşı olardı.
İstədiyi kimi bir məhsul olmadığını başa düşən Sara bu məhsulu özü dizayn etməyə qərar verir.
Ömrünün heç bir dövründə heç moda və marketinq sahəsində təcrübə qazanmasa da, yığdığı pulu (5 min dollar) bu işə yatırır.
Gündüz satış təlimçisi kimi çalışmağa davam edərkən, gecə parça növləri, patentlər və marka dizaynları üzərində araşdırmalar aparır.
İnternet üzərindən moda, marketinq üsulları və logo hazırlamaqla bağlı hər şeyi öyrənir.
Ölkəni gəzir, amma investor tapmaqda çətinlik çəkir. Onun fikri insanlar üçün maraqlı olmur. Nəhayət, kiçik bir sərmayəçi tapdıqdan sonra işlər düzəlməyə başlayır.
Markaya “Spanx” adını verməyə qərar verir. Patent qeydiyyatı üçün pulu olmadığı üçün ticarət markası üzrə vəkilindən 750 dollar borc alır.
Çox əziyyət çəksə də, Sara çətinliklərinin ona daha çox güc verdiyini söyləyir.
1998-ci ildə qurulan marka 2000-ci ildə tədricən eşidilməyə başlayır.
Birinci ildə 4 milyon dollar olan şirkətin cirosu ikinci ildə 10 milyon dollara çatır.
Nəticədə, Spanx dünyada şəbəkə mağazalarına sahib bir markaya çevrilir. Əlbətdə ki, Sara da milyarderdir.
Sara’nın təşəbbüsə başladığı sahədə təcrübəsi yox idi, ancaq özünə və məhsuluna sonsuz bir inamı vardı.
Bu inam onu ​​dünyanın ən güclü və varlı qadınlarından biri etdi.
Hələ Richard Bransonu özünə mentor da edə bilib )
Şəxsi həyatına gəldikdə isə, 37 yaşında ailə həyatı qurub və 4 uşağı var.
Paylaş:

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir