“Brendinq Fəlsəfəsi” Kitabı

Dostlar salam!

Sosial marketinq qrupunda, canlı yayım zamanı dostlara danışdığım mövzu ilə bağlı bir kitab hədiyyə edəcəyimi bildirmişdim. Nəhayət bu gün bitirdiyim və çox bəyəndiyim bir kitabı paylaşmaq qərarına gəldim. Bu Thom Braunun “The Philosophy of Branding” kitabıdır.

Braun, bu kitabında filosofların zehinlərindən brendlərlə bağlı maraqlı bir mövqe ortaya qoyur. Sokratdan Aristotelə, Kanta qədər Braun BMW, Cola, Sony və Apple kimi brendlərdən istifadə edərək, oxuyuculara bu filosofların brendinqə ola biləcək münasibətlərini, fikirlərini, düşüncə tərzlərini və markaların tətbiq üsullarını təqdim edərək, kitabı 21-ci əsrə gətirir.

İlk marka qavramını və bu gün bildiyimiz anlayışların illər ərzində necə formalaşdığını araşdırır. Ağıl, duyğu, dərk, düşüncə, hiss və dəyər kimi marka ilə əlaqəli mövzuların müzakirəsi ilə oxucuların düşüncələrini istiqamətləndirməyə kömək edəcək filosofların məsləhətlərini təqdim edən kitabla, Braun, “Brendləşmədə fəlsəfənin rolu varmı?” sualını formalaşdıraraq, daha şüurlu yanaşmağa təşviq edir.

Ümid edirəm kitabı aşağıdakı linkdən yükləyib, oxuduqdan sonra bəyənərsiniz.

Philosophy of Branding

Şərhlərinizi gözləyirəm 🙂

Paylaş:

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir