Banco.az

Bəzən elə olur ki, hansısa şirkətin marketinq departamentinin rəhbəri qadın olanda təəccüblə qarşılanır. Mənə görə işin qadın və kişi üzrə bölgüsü yoxdur. Hətta deyərdim ki, kişilərin bacarmadığı işlərin öhdəsindən qadınlar asanlıqla gələ bilir. Demək olar ki, bu sahə üzrə kifayət qədər təcrübəm var. Mən gənc yaşlarımda iş həyatına atıldığım üçün özümü çox şanslı hesab edirəm. Həmin vaxt biz istirahət etmədən ilin 365 gününü işləyirdik. Çünki reklam elə bir şeydir ki, insanların istirahət etdiyi zaman onlara xidmət göstərməlisən. Buna görə də təzyiq altında və istirahətsiz işləməyi öyrəndim. O təcrübəni keçdikdən sonra indi mənə heç bir iş çətin gəlmir.

https://banco.az/az/news/turkan-ferzeliyeva-pesekar-insan-is-vaxtini-ozu-teyin-edir

Paylaş:

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir