haqqımda
Öz ixtisasım üzrə bir çox sahədə işlədiyim üçün ilk hansını yazım deyə bir müddət düşünürəm və sonda səbəbini bilmədən meyvə suyu ilə başlayıb, tibb ilə bitirmək istəyirəm 🙂 Arada mobil operatoru, avtomobil, spirtli və qazlı içkilər, ev əşyaları, gözəllik salonu, IT, tekstil və digər yadıma düşməyən amma marketinq strategiyasında birbaşa iştirak etdiyim sahələri də əlavə etmək lazım olur.
Xeyli vaxtdır ki, marketinq sahəsində çalışıram, oxuyuram, öyrənirəm və öyrənməyə davam edirəm. Ən yaxşı bacardığım tərəfi araşdırmaq, təcrübələr aparmaq və uzun müddətli strategiyalar yazmaqdır. İstehlakçı davranışlarını müşahidə etməyi və onlara ən uyğun brendi təqdim etməyi həyəcanlı bir iş hesab edirəm.
Düşünürəm ki, seçdiyimiz peşə özümüzə və ətraf mühitə dəyər qatmalıdır. Buna görə də əməkdaşlıqlar zamanı maksimum faydalı olmağa və fayda əldə etməyə önəm verirəm.
XİDMƏTLƏR
STRATEGİYA YAZMA
Bir məhsulu sıfırdan yaratmaq, adını, formasını vermək, inkişaf etdirmək və tanıtmaq uzun bir yol tələb edir. Bu yolu çəkəndə hər kiçik məqam, böyük bir addıma səbəb olur.Buna görə də heç nə nəzərdən yayınmamalıdır.
BAZAR ARAŞDIRMASI
Sahənin ən maraqlı hissəsi ola bilər. Mövcud bazardan xəbərsiz, hər hansı məhsulu bu bazara kor-koranə daxil etmək, gələcəkdə hər cür çətinlik və uğursuzluğa əvvəldən razı olmaq deməkdir.
İDARƏETMƏ
Bir işə başlayanda ən çox diqqət etdiyim məqam mükəmməl olmasıdır. Hərdən bu mükəmməlliyyətçilikdən sıxılsalar da, layihə bitəndə, nəticədən ən çox elə komanda yoldaşlarım razı qalırlar.
PROBLEM HƏLL ETMƏ
Sürətli düşünməyi öyrənəndə, təcrübə və oxuduqlarımızı da əlavə edəndə, problemdən öncə onun həllini görməyə başlayırıq. Bu bir az zaman, bir az da uğursuzluqlar tələb edən incə bir prosesdir.
İŞLƏMƏ PROSESİ
BRİF
FİKİR
YARAT
TEST ET
BAŞLA
ŞƏRHLƏR
MARAQLI FAKTLAR
8 əsas gedilməli olan ölkə
50.000 oxunan məqalə
10-dan çox çıxış
10.000 stəkan qəhvə
tərcümeyi-hal
İŞ TARİXÇƏSİ
Apr 2019 – Avq 2019
Marketinq Direktoru
Benish GPS
Şirkətdə çalışdığım müddətdə şirkət məhsullarının tanınırlığını artırmaq üçün Beynəlxalq sərgilərdə iştirak edərək, reklam çarxları çəkib,sosial media ilə dəstəkləmə üsullarından istifadə edirdim.
Apr 2017 – Dek 2018
Marketinq Menecer
Az-Granata MMC
Yeni məhsullar yaratmaq, bazara daxil etmək, mövcud olanları isə yenidən canlandırmaq və rebrendinq ehtiyacı olanları yeniləmək təcrübəsini mənə yaşadan, maraqlı illər keçirdiyim iş yerimdə satış və müştəri rəyləri nəticəsində illik strategiyalar, büdcələr yaradaraq, markaları inkişaf etdirirdik. Az-Granata-Vita1000, +more, Bahar meyvə suları və Ağsu Nar Şərabı kimi məhsulları ilə məşhurdur.
Noy 2013 – Sen 2015
Marketinq Mütəxəssisi
Modern Şirkətlər Qrupu
Agentlikdən Holdinqə keçid dövrümdə müştərilərlə işləməyin, müştəri olmaqdan daha asan olduğunu kəşf etməyə başlamışdım. Məsuliyyət isə əvvəlkindən daha çox artmışdı. Qrupa daxil olan 17 şirkət və 17 fərqli sahə üçün Marketinq addımları düşünüb, dəstək olurduq.
Modern Şirkətlər Qrupuna – Az-Granata MMC, Modern Hospital, Sentra, Great Motors, Türkan Aqro və s. şirkətlər daxildir.
Noy 2012 – Noy 2013
Layihə rəhbəri
One2one Marketinq Agentliyi
Həm Azərbaycan, həm də Türkiyə bazarlarını dərindən öyrənməyimə səbəb olmaqla yanaşı, eyni zamanda ən tanınan markaların layihələrini düşünüb, həyata keçirmə fürsəti yaradan və ilkləri yaşadan iş yerimdir. Coca-Cola, P&G, Bakcell və s. şirkətlərin bir sıra layihələrini həyata keçirmişdik. İlk dəfə Azərbaycanda keçirilən Fanta Gənclik festivalını da məhz One2one həyata keçirmişdi.
TƏHSİL
2017
Marketinq
Bahçeşehir Universiteti
Marketinq üzrə Magistratura təhsilimi aldığım bu universitetdə iş prosesi zamanı öyrəndiyim bilikləri, nəzəriyyə ilə daha da inkişaf etdirərək, sonrakı fəaliyyətimdə tətbiq etdim.
GPA 3.96
2009
İnformasiya texnologiyaları və sistemlərin mühəndisliyi
Azərbaycan Dövlət Neft Akadeniyası
Bakalavr təhsilimi aldığım bu akademiyada İnformasiya Texnologiyalarına aid bir sıra biliklər əldə etdiyim üçün peşəmin Rəqəmsal sahəsində çətinlik çəkmirəm.
GPA 3.87
SERTİFİKATLAR
2019
Fundamentals of DIGITAL MARKETING
Google Digital Garage proqramını 100% nəticə ilə tamamladım.
BAX
RƏQƏMSAL MARKETİNQ
Facebook ADS
Google ADS
SEO
DİL BİLİKLƏRİ
Türk dili
İngilis dili
Rus dili
REFERANSLAR
Mustafa Kara
Direktor / One2One Marketinq Agentliyi
“Türkan hər zaman layihələrinə qarşı məsuliyyətli və tələbkar olurdu. Məni heç bir zaman yanıltmayıb, bütün işlərin öhdəsindən gəlirdi. Bu səbəbdən də Türkiyəyə köçdüyü zaman ordakı ofisimizdə də bizimlə çalışmasını təklif etmişdim.”

Şölə Əliyeva
Direktor/Təşkilati işlər və Metodologiya / Beynəlxalq Bank
18 müxtəlif profilli şirkətləri idarə edən Modern Şirkətlər Qrupunda HR və Admin departamentinin direktoru olduğum zaman Türkanın hər bir təşkilatın bazar araşdırması,marketinq strategiyasının müəyyən edilməsi və idarə edilməsi işini həyata keçirərkən peşəkar,yaradıcı və individual yanaşması onun biznes nəticələrinə fokuslu işgüzar üstünlüyü kimi diqqətimi çəkmişdi. Daha sonra Marketinq sahəsində xarici ölkədə aldığı magistr təhsili və təcrübəsi bu istiqamətdə səriştələrini daha da sistemləşdirdi. Hesab edirəm ki, Türkanın əməkdaşlıq edəcəyi hər bir layihə yalnız təşkilatlara deyil,bütövlükdə ölkə Marketinq bazarının biznes tələblərinə uyğun və zövqlü töhvələr verəcək.
Renat Azməmmədov
Direktor / Özsüt restoranlar şəbəkəsi
Türkan xanım iş həcminin böyüklüyündən və əhəmiyyətindən asılı olmayaraq hər zaman nəticə yönümlü iş prinsipi ilə çalışan əməkdaş idi. Bərabər işlədiyimiz dövrlərdə fərqli sektordan bir neçə markanın bazara çıxarılmasında yaxından iştirak etməsi ona ciddi təcrübə qazandırmış, gələcək iş həyatında istifadəsi üçün qaynaq olmuşdur.